“Qarabağ” bu göstəricidə ÇL-də ilk "üçlük"dədi

7.11.2025 12:18 20
Avrokuboklar
Çempionlar Liqasında liqa mərhələsinin 4-cü turundan sonra komandaların bəzi statistik göstəriciləri açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, “Qarabağ” ən çox top qazanan komandalar arasında ilk "3-lük"dədi.

Ağdam təmsilçisi 4 görüşdə 190 dəfə rəqiblərindən top alıb. “Qarabağ”ın futbolçuları ümumilikdə 53 ikili mübarizədə olub ki, onlardan 25-i uğurlu, 28-i uğursuz alınıb. Sözügedən göstəricidə “Atletik” (İspaniya) birinci yerdədi. Bilbao təmsilçisi 202 dəfə topu qazanıb.

Bundan əlavə, "Qarabağ"ın hücumçusu Kamilo Duran iki məhsuldar ötürmə ilə bu göstəricidə 5-28-ci yerləri bölüşür.