"Qarabağ" bu göstəricidə 7-ci oldu - Avropa Liqası

9.09.2022 11:09 466
Avropa Liqası
UEFA Avropa Liqasında qrup mərhələsinin 1-ci turunun oyunlarından sonra komandaların statistik göstəriciləri açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, Almaniyada "Frayburq"a uduzan "Qarabağ" ən çox qapıya zərbə edənlər arasındadı. Bu göstəricidə 7-ci pillədə yer alan "atlılar" Bundesliqa klubu ilə matçda 16 dəfə qapıya zərbə endirib. Bunların 6-sı dəqiq olub. 4 zərbə bloklanıbsa, 6-sı da qapıdan kənara gedib.

Bu göstəricidə lider Türkiyənin "Trabzonspor" klubudur. Qaradəniz təmsilçisi "Ferentsvaroş"la səfər oyununda (2:3) 23 dəfə rəqib qapısına zərbə endirib.