Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra komandaların statistik göstəriciləri açıqlanıb.
"Footbal-plus.az" xəbər verir ki, dünən Fransada "Nant"a uduzan "Qarabağ" ən çox quru oyun keçirənlər arasında yer alıb. Oynadığı 5 matçın 3-də qapısını toxunulmaz saxlayan "atlılar" bu göstəricidə 2-ci pillədə qərarlaşıb. Ən çox quru oyun keçirən isə İspaniya "Real Sosyedad"ıdı. Madrid klubu 5 oyunun 4-də qol buraxmayıb.
"Qarabağ" hücum cəhdlərində də ilk "5-lik"də yer alıb. Keçirdiyi matçlarda ümumilikdə 209 cəhd edən Azərbaycan klubu 4-cü pillədə qərarlaşıb. Bu göstəricidə lider 302 attakla "Mançester Yunayted"di.
"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev seyvləri ilə 4-cü sırada yer alıb. 5 oyuna 20 qurtarış edən futbolçu Finlandiya HİK-inin qapıçısı Konor Azar, AEK-dən Kenan Piriç və "Malmö"dən İsmael Diavaradan geri qalıb.