"Qarabağ" Avroliqada en az qol buraxan komandalardandı

14.10.2022 09:27 482
Avrokuboklar
UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turundan sonrakı bəzi statistik göstəricilərini açıqlayıb.

"Footbal-plus.az" xəbər verir ki, Azərbaycanın bu yarışdakı yeganə təmsilçisi “Qarabağ” turnirdə ən az qol buraxan komandalar sırasında yer alıb. Ağdam təmsilçisi 4 oyuna 2 qol buraxıb. Bu göstəricidə onlar qrup mərhələsində mübarızə aparan 32 komanda arasında 4-5-ci yeri bölüşdürür. İlk üç pillədə “Real Sosyedad”, “Arsenal” və “Frayburq” (hərəyə bir 1 qol) qərarlaşıb. 4-cü pillədəki PSV və 6-cı yeri tutan “Union Berlin” də 2 qol buraxıb. Yarışda öz qapısında ən çox qol görən komanda isə “Sürix”dir (14 dəfə).

“Qarabağ” ən çox qol vuran komandaların sırasında isə 7 qolla 10-cu yeri tutur. Bu göstəricidə lider 12 qolla “Feyenoord”du.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul