 
Moldovanın paytaxtı Kişineuda cüdo üzrə U-23 Avropa çempionatının püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, qitə yarışında Azərbaycan 6 çəki dərəcəsində 9 cüdoçu ilə təmsil olunacaq. Turnirdə 37 ölkədən 308 cüdoçu (172 kişi, 136 qadın) iştirak edəcək.
U-23 Avropa çempionatının təsnifat mərhələsinin görüşləri sabah Bakı vaxtı ilə saat 11.30-dan, final bloku isə 19.30-dan etibarən başlayacaq.
Kişilər
-60 kq, 1/16 final
Murad Muradlı – Maksim Taran (Almaniya)
Hüseyn Allahyarov – Yozef Tomanek (Slovakiya)
-66 kq, 1/16 final
İslam Rəhimov – Roman Dekan (Slovakiya)
-81 kq, 1/16 final
Vüsal Qələndərzadə – Vasiliye Qruyiçiç (Serbiya)
-81 kq, 1/8 final
Ömər Rəcəbli – Ronald Plostnieks (Latviya) / Çiprian Qribinet (Moldova) cütünün qalibi ilə
-90 kq, 1/16 final
Aslan Kotsoyev – Rayan Askofar (Fransa)
-90 kq, 1/8 final
Vüqar Talıbov – Aidas Pileckas (Litva) / Markos Martines Koin (İspaniya) cütünün qalibi ilə
-100 kq, 1/8 final
Əjdər Bağırov – Fares Mexux (Fransa)
+100 kq, 1/8 final
Kənan Nəsibov – Tomaş Raşka (Çexiya)