“İnşallah, noyabrın 2-də bütün futbol ictimaiyyəti görəcək” – nəyi?

30.10.2025 12:30 77
Aktual / Ölkə futbolu
“Turan Tovuz”un əsas fanklubu “Ultras Turan” komandanın Tovuza qayıtması xəbərinə çox sevinir.

Azarkeşlər 10-cu turda Tovuza lider kimi dönən komandalarına hansı şəkildə dəstək verəcəklər? Fanklubun rəhbəri Kamal Saqqayev sualımızı cavabladı:

“Çoxdan bu günü gözləyirik. Doğma rayonumuza qayıdırıq. Doğma stadionumuza lider kimi qayıdırıq. Həmişəki kimi ajiotaj yaşanacaq. Bəli, komandamıza sürprizlərimiz var. Amma sürpriz olaraq qalsa, yaxşıdı. İnşallah ki, ayın 2-i bütün futbol ictimaiyyəti görər”.

MÜZƏFFƏR QULUZADƏ