İtalyan məşqçi xəstəxanalıq oldu

23.10.2025 10:31 12
Dünya futbolu
Vinçentso İtalyanonun səhhətində problem yaranıb.

"Football-plus.az" xəbər verir ki, “Bolonya”nın baş məşqçisi pnevmoniya diaqnozu ilə xəstəxanalıq olub.

İtaliya klubunun yaydığı məlumatda İtalyanonun 5 gün həkim nəzarəti altında olacağı bildirilib. O, bu səbəbdən komandaya Avropa Liqasının FKSB ilə səfər oyununda göstəriş verə bilməyəcək.

İtalyanonun komandası hazırda A seriyasında 7 oyuna 13 xalla 5-ci yeri tutur.