“Atletiko”nun oyunçusu xəstəxanalıq oldu

13.11.2022 17:55 275
Dünya futbolu
Serxio Regilonun səhhətində problem ortaya çıxıb.

“Atletiko”nun oyunçusunun zəhərləndiyi haqda xəbər yayılıb. O, dərhal xəstəxanaya aparılıb. Müayinə nəticəsində Serxionun həzm sistemində problem aşkarlanıb. Məlumatda onun xəstəxanadan çıxmasının sonrakı simptomlardan asılı olacağı bildirilib.

Regilon “Atletiko”da icarə qaydası ilə oynayır. O, müqavilə ilə “Tottenhem”ə məxsusdu.