Üç qardaş eyni klubda oynayacaq!

20.10.2025 22:08
İdman
“Miluoki” yaxınlarda yunan hücumçu Aleks Adetokunbo ilə müqavilə bağlayacaq.

Bu haqda xəbəri ESPN öz mənbələrinə istinadla yayıb.

MBA tarixində ilk dəfə üç qardaş eyni komandanın şərəfini qoruyacaq – Yannis və Tanasis Adetokunbolar artıq “Miluoki”nin formasını geyir.

24 yaşlı Aleks 2024/25 mövsümündə PAOK-un heyətində keçirdiyi 14 oyunda orta hesabla 1,2 xal toplayıb, 1,1 ribaund edib, 0,2 məhsuldar ötürmə verib.