NBA-da həftənin yaxşıları

3.11.2022 16:14 403
İdman
Bu arada ötən həftənin ən yaxşı basketbolçularının adı açıqlanıb.

Football-plus.az xəbər verir ki, Qərb konfransında “Oklahoma-Siti”nin müdafiəçisi Şey Gilces-Aleksander, Şərq konfransında isə “Miluoki”nin forvardı Yannis Adetokumbo hamını qabaqlayıb. Yannis ötən həftə “Baks”ın üç qələbə qazanmasına yardım edib. Yunan ulduz hər oyunda orta hesabla 35,7 xal toplayıb, 15 ribaund və 6 ötürmə ilə yadda qalıb.

“Oklahoma-Siti” də həftəni üç qələbə ilə başa vurub. Gilces-Aleksanderin hər oyun üçün ortalama göstəriciləri 31,7 xal, 7,7 ötürmə və 5,3 ribaund olub.