“Miluoki”nin heyətində 4 oyuna çıxan Yannis Adetokunbo bu komandadakı oyun sayını 715-ə çatdırdı.
"Football-plus.az" xəbər verir ki, yunan forvard bununla da Cunior Bricmana məxsus klub rekordunu (711) yenilədi. 28 yaşlı basketbolçu təkcə oyun yox, məhsuldar ötürmə, blok-şot və xal sayında da “Boston” tarixinin rekordçusudu.
Martın 25-də evdə “Hyuston”a qalib gələn “Memfis” pley-offa vəsiqəni təmin etdi. Daha əvvəl “Miluoki”, “Filadelfiya 76”, “Boston” və “Denver” də bunu bacarmışdı.