Devis 186 milyon dollarlıq müqavilə bağlayacaq

9.08.2023 22:51 173
İdman
“Leykers” ağır forvard Entoni Devislə uzunmüddətli müqavilə bağlayacaq.

"Football-plus.az" xəbər verir ki, bu haqda məlumatı insayder Edrian Voynarovski yayıb. Onun yazdığına görə, tərəflər dəyəri 186 milyon dollar olan üçillik müqaviləyə imza atacaq. Qüvvədə olan müqaviləyə görə Devis hələ iki mövsüm də “gölməçəsevərlər”in uğurları üçün çalışmalıdı. Uzadılma ilə bağlı maddə 2025-də işə düşəcək.

30 yaşlı Devis 2019/20 mövsümündən “Leykers”in formasını geyir. MBA-nın ötən mövsümündə hər oyunda orta hesabla 25,9 xal toplayıb, 12,5 ribaund edib, 2,6 məhsuldar ötürmə verib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul