"Neftçi"nin oyunu təxirə salındı

13.10.2025 12:48 16
İdman
Azərbaycan Basketbol Liqasının 3-cü turunda keçirilməli olan “Neftçi” - “Gəncə” oyunu təxirə salınıb.

"Football-plus.az" xəbər verir ki, buna paytaxt təmsilçisinin Avropa Kubokunda mübarizə aparması əsas göstərilib.

3-cü turun görüşləri oktyabrın 17-19-u aralığında baş tutacaq.

Qeyd edək ki, “Neftçi” Avropa Kubokunun əsas mərhələsinin 1-ci turunda Estoniyanın “Kalev” klubu ilə üz-üzə gələcək. Qarşılaşma oktyabrın 21-də Bakı İdman Sarayında, saat 19.00-da start götürəcək.