“Arsenal”ın sabiq futbolçusu Cek Uilşir bundan sonra baş məşqçi kimi işləyəcək.
"Football-plus.az" xəbər verir ki, ingiltərəli mütəxəssis “Luton Taun”u çalışdıracaq. Bu barədə klubun mətbuat xidmətinin yaydığı məlumatda 33 yaşlı çalışdırıcı ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Uilşir daha çox “Arsenal”dakı çıxışı ilə tanınıb. “Topçular”ın yetirməsi olan futbolçu əsas komandada 2008-ci ildə 16 yaşında debüt edib. O, həmçinin icarə əsasında “Bornmut”, “Vest Hem” və “Bolton”da oynayıb. Cek İngiltərə millisində 34 matç keçirib. O, futbolçu karyerasını başa vurandan sonra “Norviç”də köməkçi-məşqçi kimi çalışıb.