Çempionlar Liqasının son oyunu Vinisius Junior üçün əlamətdar olub.
"Football-plus.az" xəbər verir ki, o, PSV ilə matçda komandasının 5:1 hesablı qələbəsində bir qolla rol oynayıb. Braziliyalı futbolçu bu turnirdə madridlilərin formasında 35-ci qolunu vurub. Vinisius bununla klubun sabiq hücumçusu Ferents Puşkaşın göstəricisini təkrarlayıb.
Bu planda siyahının ilk pillələrini Kriştiano Ronaldo (105), Kərim Benzema (78), Raul Qonsales (49) və Alfredo Di Stefano (49) tuturlar.
Vinisiusun “Real”da 2018-ci ildən oynadığını və komanda ilə 14 titul qazandığını da xatırladaq.
Puşkaşın göstəricisini təkrarladı
Dünya futbolu




