Luka Uilyams-Barnett doğma klubu ilə yenidən anlaşıb.
"Football-plus.az" xəbər verir ki, “Tottenhem” akademiyasının yetirməsi yeni müqaviləyə imza atıb. Paytaxt klubunun rəsmi saytının məlumatında 18 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb. Məlumatda onunla uzunmüddətli anlaşma əldə olunduğu bildirilib.
Uilyams-Barnett cari mövsümdə 5 oyunda meydana çıxıb. O, premyer-liqanın son oyununda “İpsviç”in qapısına yol tapmaqla klubun əsas komandasında qol hesabını açıb.
Qol hesabını açdı, müqaviləsi yeniləndi
Dünya futbolu





