Kapitanın aqibəti pis oldu

15.10.2025 10:31 4
Dünya futbolu
Martin Edeqorun aqibətinə aydınlıq gəlib.

"Football-plus.az" xəbər verir ki, “Vest Hem”lə son oyunda zədələnən “Arsenal”ın kapitanına diz oynağının daxili yan bağının xəsarət alması diaqnozu qoyulub. Norveçli yarımmüdafiəçinin noyabrın sonuna kimi oynaya bilməyəcəyi ehtimal edilir.

Edeqor “Fulhem”, “Kristal Pelas”, “Brayton” və “Bernli” ilə premyer-liqa oyunlarını, həmçinin “Atletiko” və “Slaviya” ilə Çempionlar Liqası matçlarını, həmçinin “Sanderlend” ilə Liqa Kuboku matçını buraxacaq.