Alisson Bekerin aqibətinə aydınlıq gəlib.
“Liverpul”un qapıçısı 2 ay yaşıl meydanlardan uzaq qalacaq. İnsayder Fabritsio Romanonun məlumatına görə, Alisson noyabrdan tez oynaya bilməyəcək. Braziliya millisinin 32 yaşlı futbolçusu premyer-liqanın 7-ci turunun “Kristal Pelas”la matçında (1:0) zədələnmişdi.
Alisson İngiltərə çempionatında “Liverpul”un “Çelsi”, “Arsenal”, “Brayton” və “Aston Villa”ya qarşı matçlarını, həmçinin Çempionlar Liqasında “Leyptsiq” və “Bayer-04” ilə oyunları buraxacaq.