Çempionlar Liqası matçını buraxacaq

11.10.2022 20:33 355
Dünya futbolu
“Bavariya”nın oyunçusu Camal Musiala koronavirusa yoluxub.

19 yaşlı yarımmüdafiəçinin testi müsbət nəticələnib. O, öz evində təcrid olunub. Musiala Çempionlar Liqasının “Viktoriya” (Plzen) ilə matçını buraxacaq. Qeyd edək ki, Camal bu mövsüm bundesliqada keçirdiyi 8 oyunda 5 qol vurub.