Korona DÇ-ni buraxacaq

18.08.2022 19:30 297
Dünya futbolu
"Sevilya"nın futbolçusu zədələnib.

Football-plus.az
xəbər verir ki, Xesus Korona məşqdə ciddi xəsarət alıb. Ona fibulanın sınığı, həmçinin sol topuq oynağının deltoid bağının zədələnməsi diaqnozu qoyulub. O, Qətərdə keçiriləcək dünya çempionatında Meksika yığmasının heyətində oynamayacaq. Futbolçu bu gün əməliyyat olunacaq. Onun 4-5 ay yaşıl meydanlardan kənar qalması gözlənilir.