“Atletiko”nun oyunçusunun aqibəti müəyyənləşdi

14.02.2024 10:31 171
Dünya futbolu
Alvaro Moratanın aqibəti müəlum olub.

“Atletiko”nun La Liqanın 24-cü turunun “Sevilya” ilə matçında (0:1) zədələnən hücumçusunun durumuna aydınlıq gəlib. Madrid klubunun mətbuat xidmətinin məlumatına görə, 31 yaşlı forvardın zədəsi ciddi deyil. Ona sağ dizin medial yan bağının əzilməsi diaqnozu qoyulub. Futbolçu zədəsi haqda belə deyib: 

“Tanrıya şükür olsun, zədəm ciddi deyil. Xoş mesajlarınız üçün çox sağ olun. Həm də ümid edirəm ki, bu qədər mesajlar göndərən insanlar da xoşbəxt olmaq və çox çalışmaq istəyə bilərlər. Tezliklə yenidən daha yaxşı formada olacağam”.