U-17 millimiz bu gün Rumıniya ilə qarşılaşacaq - AÇ

14.10.2025 11:56 8
Ölkə futbolu
17 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsində bu gün sonuncu - üçüncü matçına çıxacaq.

"Football-plus.az" xəbər verir ki, 9-cu qrupda yer alan komanda Rumıniya ilə üz-üzə gələcək.

Görüş Fransanın Kapbreton şəhərində yerləşən "Bourret" stadionunda, Bakı vaxtı ilə saat 17.00-da start götürəcək.

Qarşılaşmanı Xorvatiya və Fransadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, qrupda Fransa və İsrail milliləri 4 xalla müvafiq olaraq 1-ci və 2-ci yerlərdə qərarlaşıblar. Rumıniya 2 xalla üçüncü yerdədi. Xalı olmayan U-17 sonuncu pillədə qərarlaşıb.