U-17 millimiz Macarıstana qarşı

13.11.2024 11:52 323
Ölkə futbolu
17 yaşadək futbolçulardan ibarət millimiz bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, 6-cı qrupda yer alan millimiz Macarıstan yığması ilə üz-üzə gələcək. Rumıniyanın “Tunari” stadionunda təşkil olunacaq qarşılaşmanı moldovalı hakim idarə edəcək. Matç Bakı vaxtı ilə saat 14.00-da başlayacaq.

Qrupun digər oyununda Rumıniya Yunanıstanla qarşılaşacaq.