Azərbaycanlı FİFA referisi AÇ-nin oyunlarında

13.10.2025 19:16 15
Ölkə futbolu
FİFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o, 17 yaşadək qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin B qrupu çərçivəsində keçiriləcək 3 oyunda fəaliyyət göstərəcək.

Fəridə Lütfəliyeva oktyabrın 17-də Yunanıstan – Albaniya, 23-də Albaniya – İsrail matçlarının baş hakimi, oktyabrın 20-də Estoniya – Albaniya görüşünün ehtiyat hakimi olacaq. Digər referimiz Sevda Nuriyeva isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirəcək.

Oyunlar Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək.