Fəridə Lütfəliyeva Gürcüstan millisinin oyununda

3.06.2024 15:11 160
Ölkə futbolu
FİFA referisi Fəridə Lütfəliyeva Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Gürcüstan – Cənubi Kipr oyununa təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, C liqasının 1-ci qrupunun matçında referiyə Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək edəcəklər. Əli Əliyev isə qarşılaşmanın dördüncü hakimi olacaq.

Qeyd edək ki, Tbilisidəki “Mixeil Mesxi II” stadionunda təşkil olunacaq görüş iyunun 4-də, Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.