Lütfəliyeva Türkiyə millisinin oyununda

28.02.2024 14:00 227
Ölkə futbolu
FİFA referisi Fəridə Lütfəliyeva beynəlxalq yoldaşlıq oyununa təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o, Türkiyənin Antalya şəhərində keçiriləcək qadınlardan ibarət Türkiyə – Rumıniya yoldaşlıq görüşünün baş hakimi olacaq.

Ədalət təmsilçisinə Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək edəcək. Dördüncü hakim funksiyasını isə türkiyəli Cansu Tiryaki yerinə yetirəcək.

Qeyd edək ki, “Atatürk” Olimpiya Stadionundakı qarşılaşma bu gün gerçəkləşəcək.