FİFA referisi Fəridə Lütfəliyeva və FİFA referi köməkçisi Sevda Nuriyeva UEFA-dan təyinat alıb.
"Football-plus.az" xəbər verir ki, hakimlər 17 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının ikinci mərhələsinin oyunlarını idarə edəcəklər.
İrlandiya, Albaniya və İsrail komandalarının yer aldığı B qrupunun matçları fevralın 20-dən 26-dək Albaniyada keçiriləcək.