Lütfəliyeva Avropa çempionatında

31.03.2025 21:00 9
Ölkə futbolu
FİFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb.

"Football-plus.az" AFFA-nın saytına istinadən xəbər verir ki, o, 19 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının 2-ci seçmə mərhələsinin B Liqasında keçiriləcək oyunları idarə edəcək.

O, 2-ci qrup çərçivəsində aprelin 1-də Farer adaları – Moldova, 7-də Moldova – Cənubi Kipr matçlarının baş hakimi olacaq. FIFA referisi aprelin 4-də Estoniya – Moldova qarşılaşmasında dördüncü hakim funksiyasını yerinə yetirəcək. Gülnurə Əkbərzadə isə həmin görüşlərin köməkçi hakimi olacaq.

Qeyd edək ki, qrupun oyunları Moldovada təşkil olunacaq.