“Mingəçevir”in oyunu təxirə salındı

27.02.2025 10:13 267
Ölkə futbolu
Azərbaycan çempionatında daha bir oyun təxirə salınıb.

"Football-plus.az" xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

1-ci liqanın "Mingəçevir" - "Difai" oyunu hava şəraiti ilə əlaqədar təxirə salınıb. Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda keçirilməli olan qarşılaşma saat 14.00-a planlaşdırılmışdı. Matçın yeni vaxtı hələ dəqiqləşməyib.

Qeyd edək ki, turun bu gün keçiriləcək digər matçında “Baku Sportinq”lə “Cəbrayıl” üz-üzə gələcək.