Reşford meydana nə vaxt dönəcək?

8.10.2025 23:00 51
Dünya futbolu
“Barselona”nın futbolçusu Markus Reşford zədələnib.

"Football-plus.az" xəbər verir ki, 27 yaşlı hücumçu “Sevilya”ya 1:4 hesabıyla uduzduqları La Liqanın 8-ci turunun oyununda sıradan çıxıb. İngiltərəli forvard matçın sonlarında zədə alıb. Onun durumu haqda hələlik açıqlama verilməyib.

Reşford bu mövsüm “Barselona”da 10 oyuna 3 qol vurub və 5 məhsuldar ötürmə edib.