MY-də rəqib tanımır

2.02.2023 21:10 253
Dünya futbolu
Markus Reşford “Mançester Yunayted”də rəqib tanımır.

O, yanvar ayında da komandanın ən yaxşı futbolçusu seçilib. 25 yaşlı hücumçu azarkeşlər arasında keçirilən sorğuda Kazemiro, Aaron van Bissaka və Bruno Fernandeşi arxada qoyub. Qeyd edək ki, Reşford ardıcıl üçüncü aydı ki, komandanın ən yaxşı oyunçusu seçilib. O, bundan əvvəl fərdi mükafatı ötən ilin noyabr və dekabr aylarında da alıb. Markusun yanvarda müxtəlif turnirlərdə meydana çıxdığı 8 oyunda 7 qol vurub 1 məhsuldar ötürmə etdiyini də xatırladaq.