2030-cu ilin iyununa kimi "Bayer-04"də

5.10.2025 17:04 7
Dünya futbolu
Esekyel Palasios “Bayer-04” ilə müqaviləsinin müddətini uzadıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə Leverkuzen klubunun mətbuat xidməti məlumat yayıb.

Argentina millisinin üzvünün yeni sözləşmənin müddəti 2030-cu ilin iyununa kimi nəzərdə tutulub.

“Bayer-04” Esekyeli 2020-ci ilin yanvarında “River Pleyt”dən transfer edib.