Almaniya çempionunda yeni müqavilə

23.12.2024 15:52 249
Dünya futbolu
Pyero İnkapye klubu ilə yenidən anlaşıb.

O, “Bayer-04” ilə müqaviləsini yeniləyib. Almaniyanın son çempionu olan Leverkuzen klubunun mətbuat xidmətinin məlumatına görə, Ekvador yığmasının oyunçusu ilə yeni sözləşmənin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

Pyero “Bayer-04”də 2021-ci ildən çıxış edir. Müdafiəçi bu mövsüm bütün turnirlərdə 23 oyuna çıxıb və 1 qol vurub.