“Kəndimizin uşaqlarıdı, tez-tez…” - “Zirə”nin yeni fanklubu yarandı

4.10.2025 18:53 24
Aktual / Ölkə futbolu
Ötən gün “Zirə” - “Neftçi” oyununda meydan sahiblərini dəstəkləyən daha bir fanklub var idi.

“Qartallar”dan fərqli sektorda əyləşən fanklub haqda bilgi almaq üçün klubla azarkeşlər arasında əlaqələndirici Elgün Cəfərli ilə əlaqə saxladıq:
“Onlar bizim yeni azarkeş qrupumuzdu. Adı da “Zira Fanatics”di. Artıq ikinci ev oyunlarıdı. Kəndimizin uşaqlarıdı, tez-tez oyunlara gələn azarkeşlərdi. Düşünüblər ki, ayrı-ayrı gəlmək əvəzinə bir yerə yığılıb komandaya dəstək olaq”.

Qeyd edək ki, ikinci hissədə tribunadan uzaqlaşmağa məcbur olan “Forza Neftçi”yə oyunboyu “Zira Fanatics” öz dəstəyini göstərdi.

MÜZƏFFƏR QULUZADƏ