“Zirədə yaşayan azarkeşlərimizin oyuna rahat gəlməsi üçün xüsusi avtobuslar ayırmışıq”

23.07.2025 15:57 19
Konfrans Liqası / Aktual
Bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Zirə” “Hayduk”u qəbul edəcək.

Dünən oyunöncəsi mətbuat konfransında Rəşad Sadıqov “Zirə”nin və digər komandanın azarkeşlərinə müraciət edərək oyuna gəlmələrini rica etdi. Bəs klub öz azarkeş qrupu üçün hansı şəraiti yaradıb? Klubla azarkeşlər arasında əlaqələndirici Elgün Cəfərli "Football-plus.az"a açıqlamasında bu sualı cavabladı:
“Qartallar” əsas azarkeş qrupumuzdu, bütün oyunlarda yanımızda olub. Bu gün də onlar tribunada yerini alacaq. Təbii ki, avrokubok oyunu olduğuna görə maraq daha böyükdü. Arenanın başqa olması heç bir problem yaratmır. Biz “Zirə” klubu olaraq, Zirədə yaşayan azarkeşlərimizin oyuna rahat gəlməsi üçün xüsusi avtobuslar ayırmışıq. Ona görə də hansısa çətinlik olacağını düşünmürəm”.
MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul