“Bizim azarkeş qrupu yanlış sektorda əyləşmişdi” – “qartallar”dan etiraf

7.11.2023 18:51 229
Premyer-liqa / Manşet
Ölkə çempionatının 12-ci turunun "Sabah" - "Zirə" görüşündə qonaqların "Qartallar" fanklubu meydan sahiblərinin azarkeşləriylə yanaşı sektorda əyləşmişdi.

Oyun başlayandan bir neçə dəqiqə sonra zirəlilər yerini dəyişdi. "Football-plus.az" saytı olaraq, bu məsələylə bağlı "Zirə"də azarkeşlərlə klub arasında əlaqələndirici Elgün Cəfərliylə danışdıq:

"Yerdəyişmənin səbəbi o idi ki, "Sabah" qonaq azarkeşlər üçün 21-ci sektoru ayırmışdı, amma bizim azarkeş qrupu yanlış sektorda əyləşmişdi. Sonra onlara məlumat verdik. Nəticədə bizim üçün ayrılmış sektora keçdik".


ABDULLA İSMAYILOĞLU