İngiltərə nəhəngləri hesabat turunu boşa verdi. MY, “Liverpul” və “Çelsi” uduzdu, üstəlik “Tottenhem” də xal itirdi. Düzdü, nəhənglərdən MS inamlı, “Arsenal” çətin qələbə qazandı.
"Football-plus az" xəbər verir ki, indi premyer-liqada yalnız bir məğlubedilməz komanda var. Və o da “Liverpul” deyil. Mersisaydlıların bəxt limiti “Kristal Pelas”la səfər oyununda bitdi. Yeri gəlmişkən, məhz bu komanda Superkubok uğrunda oyunda “Liverpul”u məğlub etmişdi.
Maraqlıdı ki, Sarr 9-cu dəqiqədə hesabı açandan sonra da “qartallar” sakitləşmədi. Anderdoq favoritə, sadəcə, qan uddururdu. Qonaqların müdafiəçiləri, xüsusən də Konate zəif oynadı, Alisson isə qapıda möcüzələr yaratmaqla ilk yarıda fərqin darmadağın həddinə çatmasına imkan vermədi. 2-ci hissədə Slotun əvəzəetmələri oyunun axarını dəyişdi.
Frimponq məhsuldar hücumda iştirak etdi, Kyeza bərabrlərlik topunu vurdu. Düşünmək olardı ki, “Liverpul” bu dəfə də məğlubiyyətdən qurtuldu. Ancaq 8-ci uzatma dəqiqəsində Nketia növbəti dəfə favoriti cəzalandırdı. Onu da qeyd etməyə dəyər ki, referi Kavana əsas vaxt 6 dəqiqə əlavə etmişdi, ancaq komandalar bundan artıq oynadı. Ancaq bu iddianın yeri yoxdu, “Pelas” daha yaxşı oynadı, yeganə məğlubiyyətsiz komanda adını qorumağı haqq etdi. “Liverpul” isə son vaxtlar dəfələrlə uzatma dəqiqələrində qəbələ topunu vurmuşdusa, bu dəfə eyni şəkildə cəzalandı.
“Mançester Siti” “Arsenal”la oyundakı xal itkisinin ardından “Bernli”ni qəbul etdi. Hesab 12-ci dəqiqədə açıldı: qapıçı Dubravka Dokyunun zərbəsini qaytarsa da, Estevə dəyən top tora düşdü. Meydan sahibləri hücumları davam etdirsələr də, fasilə ərəfəsində Entoni hesabı bərabərləşdirdi. 2-ci hissənin əvvəlində “Bernli” hətta irəli də çıxa bilərdi – Fosterin zərbəsindən sonra Nunyeşdən səkən top az qala Donnarummanın qoruduğu qapıdan keçəcəkdi. Yalnız satin tamamında “şəhərlilər” uğur qazana bildi – Holannın saxladığı topu Nunyeş yaxın küncə göndərdi. Qvardiolanın oyuna qoşduğu Bobb Estevin ikinci avtoqoluna səbəbkar oldu. Holannın zərbəsinin qarşısını Dubravka alsa da, norveçli meydandan qolsuz ayrılmaq fikrində deyildi. “Bernli” artıq müqaviməti dayandırandan sonra o da dubl etməyə imkan tapdı.
Mançesterin digər təmsilçisinin – “Yunayted”in halına ağlayan lazımdı. “Qırmızı şeytanlar” “Brentford”la səfər oyununun ilk 20 dəqiqəsində iki qol buraxsalar da, 26-cı dəqiqədə bunlardan birinin əvəzini çıxdılar. Bu oyunda həqiqət anı 76-cı dəqiqədə yetişdi. Fernandeş penaltini qola çevirsəydi, MY-nin məğlubiyyətdən qaçması mümkün idi. Ancaq portuqaliyalı ulduz Kelleherlə dueldən məğlub ayrıldı. Yensen isə 6-cı uzatma dəqiqəsində “Brentford”un 3-cü qolunu da vurdu.
“Brayton” “Çelsi” üzərində əzmkar qələbə qazandı. “Stemford Bric”də, adətən, inamlı oynayan “zadəganlar” “qağayılar”la bacarmadı. Londonluların startdakı təzyiqi qol gətirmədi. Qonaqların niderlandlı qapıçısı Verbrüggen Fernandes, Ceyms, Neto və Kururelyanın zərbələrinin öhdəsindən gəldi. “Brayton” əl-qol açmağa başlayırdı ki, Fernandes hesabı açdı. Bəlkə də “Çelsi” bu oyunda inamlı qələbə qazanacaqdı. Sadəcə, 53-cü dəqiqədə Çalobanın “son ümid folu”na görə meydandan qovulması oyunun axarını dəyişdi. Say üstünlüyü qazanan qonaqlar inadla rəqib müdafiəsindən boşluqlar axtarmağa başladı. Uelbekin 77-ci dəqiqədə hesabı bərabərləşdirməsi “zadəganlar”ın həyəcanını artırdı. Uzatma dəqiqələri isə onların fiaskosuna çevrildi. Əvvəlcə De Keyper, ardından Uelbek fərqləndi. “Çelsi” cari mövsümdə ilk ev məğlubiyyətini aldı.
“Nyukasl” – “Arsenal” oyununun nəticəsi də maraq doğururdu. Premyer-liqada ən az qol buraxan komandaların dueli təhükəli vəziyyətlərlə zəngin oldu. Hesabı 34-cü dəqiqədə künc zərbəsinin ardından “sağsağanlar”, daha dəqiqi, Voltemade açdı. Bundan sonra meydan sahibləri sıx müdafiə olunmağa üstünlük verdi. Təbii ki, “Arsenal” da get-gedə təzyiqi artırırdı. “Topçular”ın təzyiqi sonda bəhrə verdi. Sonradan oyuna qoşulan futbolçulardan biri Merino çoxsaylı künc zərbələrindən birini qola çevirdi. Uzatma dəqiqələrində yenə korner, yenə qol… Poupun fədakarlığı da “Nyukasl”ı xilas etmədi. “Arsenal” premier-liqada standart vəziyyətlərdən yararlanmaq üzrə ustadı.
Turun qalan oyunlarına gəlincə, “Tottenhem” məğlubiyyətdən son anda qaçdı, 4 qolun vurulduğu “Lids” – “Bornmut” oyunu heç-heçə bitdi, “Nottingem Forest” Ange Postekoğlunun rəhbərliyi altında keçirdiyi 3-cü oyunda da qələbə qazana bilmədi, “Aston Villa” qələbə xanasındakı 0-ı sildi. Dünən axşam keçirilən son oyunda “Everton”la “Vest Hem” “sülh bağladı”.
6-cı tur
Kristal Pelas – Liverpul 2:1
Sarr, 9. Nketia, 90+8 – Kyeza, 87. (25118)
Liverpul: Alisson, Bredli (Qakpo, 46), Konate (Frimponq, 74), Van Diyk, Kerkez, Qravenberx, Makallister (Cons, 65), Salah, Soboslai, Virts (Kyeza, 74), İsak (Nqumoa, 84).
Mançester Siti – Bernli 5:1
Estev, 12-öz qapısına; 65-öz qapısına. Nunyeş, 61. Holann, 90; 90+3 – Entoni, 38. (52427)
MS: Donnarumma, Nunyeş, Diaş, Qvardiol (Ake, 70), O’Rayli (Lüis, 83), Niko, Savinyo (Bobb, 62), Reynders (B.Silva, 83), Foden, Dokyu, Holann.
Brentford – Mançester Yunayted 3:1
Tyaqo, 8; 20. Yensen, 90+6 – Şeşko, 26. (17193)
MY: Bayındır, De Liqt, Maquayr (Yoro, 66), Şou (Maunt, 81), Dalot, Uqarte (Maynu, 66), Fernandeş, Dorqu (Zirkzee, 85), Mbemo, Kunya, Şeşko.
Çelsi – Brayton 1:3
Fernandes, 24 – Uelbek, 77; 90+10. De Keyper, 90+2. (39597)
Çelsi: Sançes, Ceyms, Çaloba, Hato (Badyaşil, 79), Kukurelya, Santos (Açimponq, 54), Kaysedo, Estevao (Hüsto, 64), Fernandes, Neto (Lavia, 79), Pedro.
Nyukasl – Arsenal 1:2
Voltemade, 34 – Merino, 84. Qabriel, 90+6. (52199)
Arsenal: Rayya, Timber, Moskera (Saliba, 46), Qabriel, Kalafyori (Merino, 70), Eze, Subimendi (Edeqor, 82), Rays, Saka (Martinelli, 70), Dyökereş, Trossar (Lüis-Skelli, 88).
Tottenhem – Vulverhempton 1:1
Palyinya, 90+4 – Bueno, 54. (60537)
Tottenhem: Vikario, Spens (Porro, 63), Romero, Van de Ven, Udoci (Tel, 84), Berqvall (Sarr, 78), Palyinya, Bentankur (Conson, 62), Kudus, Rişarlison, Simons (Odober, 78).
Lids – Bornmut 2:2
Rodon, 37. Lonqstaff, 54 – Semenyo, 26. Krupi, 90+3. (36574)
Nottingem Forest – Sanderlend 0:1
Alderete, 38. (30226)
Aston Villa – Fulhem 3:1
Uotkins, 37. Makqinn, 49. Buendia, 51 – Ximenes, 3. (40350)
Everton – Vest Hem 1:1
Kin, 18 – Bouen, 65. (51890)
1. Liverpul 6 5 0 1 12-7 15
2. Arsenal 6 4 1 1 12-3 13
3. Kristal Pelas 6 3 3 0 8-3 12
4. Tottenhem 6 3 2 1 11-4 11
5. Sanderlend 6 3 2 1 7-4 11
6. Bornmut 6 3 2 1 8-7 11
7. Mançester S. 6 3 1 2 14-6 10
8. Çelsi 6 2 2 2 11-8 8
9. Everton 6 2 2 2 7-6 8
10. Brayton 6 2 2 2 9-9 8
11. Fulhem 6 2 2 2 7-8 8
12. Lids 6 2 2 2 6-9 8
13. Brentford 6 2 1 3 9-11 7
14. Mançester Y. 6 2 1 3 7-11 7
15. Nyukasl 6 1 3 2 4-5 6
16. Aston Villa 6 1 3 2 4-6 6
17. Nottingem Forest 6 1 2 3 5-10 5
18. Bernli 6 1 1 4 6-13 4
19. Vest Hem 6 1 1 4 6-14 4
20. Vulverhempton 6 0 1 5 4-13 1
Bombardirlər: Holann (MS) – 8, Tyaqo (Brentford), Semenyo (Bornmut), Entoni (Bernli) – 4.
Növbəti turun oyunları oktyabrın 3-5-i aralığında keçiriləcək: Bornmut – Fulhem, Lids – Tottenhem, Arsenal – Vest Hem, Mançester Yunayted – Sanderlend, Çelsi – Liverpul, Aston Villa – Bernli, Vulverhempton – Brayton, Nyukasl – Nottingem Forest, Everton – Kristal Pelas, Brentford – Mançester Siti.
Turun rəqəmi
93 – premyer-liqada qol sayını 93-ə çatdıran Holann İngiltərə çempionatı tarixinin ən məhsuldar norveçli oyunçusudu. Erlinq bu qədər qolu 103 oyunda vurub. O, premyer-liqada keçirdiyi 235 oyunda 91 qol vuran Ole-Qunnar Sulşeri arxada qoydu.
Turun ulduzu
İqor Tyaqo (Brentford) – Holann da dubl edib, ancaq biz braziliyalı hücumçuya üstünlük verdik. O, ilk 20 dəqiqədə iki qol vurmaqla MY-nin müqavimətini qırdı. Digər tərəfdən, MS-nin rəqibi “Bernli”nin aşkar autsayder olduğunu da unutmayaq.
Turun sitatı
Martin Kioun, “Arsenal”ın sabiq müdafiəçisi: