• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qvardiola üçün premyer-liqada münasib olmayan rəqiblər var

Dünya futbolu

18-03-2022, 19:0

Bazar ertəsi “Kristal Pelas”la səfər oyununda gözlənilmədən xal itirən (0:0) “Mançester Siti” premyer-liqada çempionluq yarışına intriqa qatdı.

İndiyə qədər mövsümdə belə gərginlik yaşanmamışdı. Beləliklə, turnir cədvəlinin önündə 29 oyunda 70 xal toplayan “Siti” qərarlaşıb, “Liverpul”un isə 28 oyundan sonra 66 xalı var (yazı dünənki “Arsenal” – “Liverpul” oyunundan əvvəl qələbə alınıb – red.). Deməli, “Liverpul” itirilməyən xallara görə liderdən yalnız 1 xal geri qalır.

Yürgen Kloppun komandası dünən “Arsenal”la ağır səfər oyununa çıxdı. Son 5 oyunda qələbə qazanan “topçular”ın məğlubiyyətsiz oyunlar seriyası 6-ya çatıb. Yeri gəlmişkən, onları sonuncu dəfə məhz Liqa kubokundan uzaqlaşdıran “Liverpul” məğlub edib. Mikel Artetanın komandası motivasiya sarıdan əziyyət çəkmir. “Arsenal”ın bu gün üçün əsas turnir vəzifəsi ÇL-ə vəsiqə qazandıran 4-cü yeri tutmaqdı.

Hələ yanvarın əvvəlində çoxları ehtiyatlanırdı ki, “Siti” problemsiz çempionluğa qovuşacaq. Onda Qvardiolanın komandasının 50, “Çelsi”nin 42, “Liverpul”un 41 (bir oyun da ehtiyatda) var idi. MS-nin əzəməti fonunda 9 xallıq gerilik az qala dəfedilməz maneə kimi görünürdü.

“Siti” bu gün də pis oynamır, sadəcə, münasib olmayan rəqiblərlə oyunlarda xal itirir:

• 22 yanvar – “Sauthempton”la 1:1. Qvardiola mövsümdə ən yaxşı oyunlarından birini keçirdiklərini desə də, “Siti” ləngər vururdu, xüsusən də məğlubiyyətlə bitən ilk yarıda. 2-ci yarıda komandanın ənənəvi dominantlığını görsək də, qələbə qazanmaq mümkün olmadı. Elə ilk dövrədə olduğu kimi – “müqəddəslər”lə həmin oyun 0:0 bitmişdi.

• 19 fevral – “Tottenhem”lə 2:3. “Siti”nin komandası üçün bu mövsümün zəhəri – Kontenin komandası “şəhərlilər”i premyer-liqada iki dəfə məğlub edib (1-ci dövrədə 1:0). 2-ci məğlubiyyət daha dramatik alındı: Mahrez 90+2-ci dəqiqədə penalti ilə hesabı bərabərləşdirdi, amma Keyn 90+5-ci dəqiqədə “Siti”ni 1 xaldan da məhrum etdi.

• 14 mart – “Kristal Pelas”la 0:0. Zərbə sayında 18:4-lük, topa nəzarət faizində 74-26-lıq üstünlük, ancaq yenə də 3 xal yoxdu. Və yenə çox qeyri-münasib rəqiblə oyunda: “Pelas” 1-ci dövrədə 2:0 hesabıyla qalib gəlmişdi.

Yeri gəlmişkən, oyunboyu bir dəyişikliyə də əl atmayan Qvardiola oyundan sonra qərarını belə izah etdi: “Uşaqlar meydanda yaxşı görünürdü, oyun ritmi yüksək idi, bu üzdən dəyişiklik istəmədim”. Pepin premyer-liqada 5 dəyişikliyə icazə verilməsi ilə bağlı ideyanın qızğın tərəfdarlarından olduğunu nəzərə alsaq, belə izahat ən azı ironik görünür.
Ümumiyyətlə, “Pelas” ortabablar arasında olan və Pep üçün başağrısına çevrilən əsas komandadı. MS bu komanda ilə 12 oyunun 5-də qələbəsiz qalıb. Yalnız “Yunayted” (6), “Tottenhem” (7) və “Liverpul” (7) Qvardiolanın “şəhərlilər”indən daha çox oyunda xal alıb.

Belə düşünənlər var idi ki, Afrika Millətlər Kuboku “Liverpul”u 1-ci yer uğrunda mübarizədən uzaqlaşdıracaq. Axı komanda Salah, Mane və Keytanın xidmətindən məhrum idi. Ancaq sanki çətinliklər “qırmızılar”ı bir qədər də möhkəmlətdi. Kloppun komandasının “Çelsi” ilə oyunda qələbəni çox acınacaqlı şəkildə əldən verdiyi (2:0 2:2-yə çevrildi) gündən – yanvarın 2-dən bəri olan statistika:

• bütün turnirlərdə 14 qələbə. 
• Liqa kubokunun qazanılması, Çempionlar Liqasının və İngiltərə kubokunun 1/4 finalına vəsiqə. Komanda 3 cəbhədə fədakarcasına döyüşür.
• Yalnız bir məğlubiyyət – ÇL-in 1/8 final mərhələsinin cavab oyununda “İnter”ə.
Hələ “Liverpul” liderdən 6 xal geri qalanda Pep bu təqib prosesini belə şərh etmişdi:

“Onlar daim hardasa yanımızdadılar. ...ümüzün bir parçası kimi”.


Belə bənzətmə Kloppun xoşuna gəlmişdi:

“Yaxşı təsvirdi, belə də olmalıdı. Rəqibi imkan daxilində daha çox qıcıqlandırmağa çalışırıq. Düşünürəm ki, bir-birimizə təkan veririk, həm də yalnız biz yox – “Çelsi”, “Mançester Yunayted”, “Arsenal” və “Tottenhem” kimi komandaları da unutmaq olmaz. Bu məqam irəli hərəkətə məcbur edir. Göz qırpmaq olmur, rəqiblər təqibdədi”.


Bax, premyer-liqa elə buna görə çox sevilir.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

15-04-2022, 15:0

Kim çempion olacaq: “Mançester Siti”, yoxsa “Liverpul”?

Dünya futbolu

7-04-2022, 20:0

Bir darmadağının izi ilə - YAZI

Dünya futbolu

21-03-2022, 22:0

Qvardiola: “Bunu başa düşmürəm”

Dünya futbolu

6-05-2022, 19:0

Klopp: “Düşünürəm ki, hamı televizoru söndürməyə hazır idi”

Dünya futbolu

30-04-2022, 18:0

"Liverpul" birinci pilləyə yüksəldi

Dünya futbolu

30-04-2022, 23:0

"Mançester Siti"dən böyük hesablı qələbə

Aktual
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Banner açılmayacaq, amma dəstək olacaq – Qəbələ U-20-nin oyununa hazırdımı?
“Mən istefa verməmişəm” - Firuz Abdulla və mətbuat katibi iclası gözləyir
Mezzotero asan qol vurdu, amma vurdu da!
“Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
“Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
Son xəbərlər
  • Bu gün, 18:47
    Milli komandada zəruri dəyişiklik
  • Bu gün, 18:13
    Kocaman bu ulduzun ''Fənərbaxça''da qalmasını istəyir
  • Bu gün, 17:45
    “Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
  • Bu gün, 17:09
    Banner açılmayacaq, amma dəstək olacaq – Qəbələ U-20-nin oyununa hazırdımı?
  • Bu gün, 16:53
    "Turan Tovuz" Şəhriyar Əliyevlə vidalaşdı
  • Bu gün, 16:38
    Fransa təmsilçisi ''Trabzonspor''dan FİFA-ya şikayət etdi!
  • Bu gün, 16:10
    Bu gün Lənkəranda güləş festivalı keçiriləcək
  • Bu gün, 15:56
    "Şəfa" üç futbolçu ilə yolları ayırdı
  • Bu gün, 15:27
    AFFA-nın təşkilatçılığı ilə keçirilən turnirə yekun vuruldu
  • Bu gün, 15:05
    Ölkəmizdən Dünya Millətlər Kubokuna 13 boksçu qatılacaq
  • Bu gün, 14:37
    Xəyal müalicə olunmaq üçün Madridə getdi
  • Bu gün, 14:06
    “Mən istefa verməmişəm” - Firuz Abdulla və mətbuat katibi iclası gözləyir
  • Bu gün, 13:52
    San Marinoya da yox da!
  • Bu gün, 13:33
    “Sabah”ın Bakı seçmələrinə yekun vuruldu
  • Bu gün, 13:16
    Əziz Yıldırım 2926 gün sonra geri döndü! - “Fənərbaxça” keçmişlə yaşamağı sevir”
  • Bu gün, 12:57
    U-17 millimiz Qazaxıstanla yenidən qarşılaşacaq
  • Bu gün, 12:46
    Millimiz seçmə mərhələdə son oyununu keçirəcək
  • Bu gün, 12:42
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 12:29
    U-20 millimiz Pakistanla üz-üzə
  • Bu gün, 12:13
    “Dirçəliş Kuboku”nun final oyunu keçirildi, qaliblər mükafatlandırıldı
  • Bu gün, 11:55
    Nicat Mehbalıyev "Şəfa"da
  • Bu gün, 11:35
    Türkiyə yığmasını müşayiət edən polis qəzaya düşdü
  • Bu gün, 11:20
    Ehtiram Quliyevin milyonlarını kim havaya sovurub?
  • Bu gün, 10:56
    Paytaxt klubunu tərk edəcək
  • Bu gün, 10:27
    AFFA nümayəndələri “Football Conference Baku” tədbirində
  • Bu gün, 10:00
    U-21 millimiz Qırğızıstana qarşı
  • Dünən, 23:58
    "Qalib gəlmək və mövsümü yüksək əhval-ruhiyyə ilə bitirmək istəyirik" - Cəlal Hüseynov
  • Dünən, 23:17
    Hacı Əliyev milliyə məşqçi təyin edildi
  • Dünən, 22:46
    Fizuli Məmmədov "Şahdağ Qusar"da
  • Dünən, 22:35
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 22:01
    Mezzotero asan qol vurdu, amma vurdu da!
  • Dünən, 21:39
    Ayxan Abbasov: "Abdulla ilə Anton millinin ən intizamlı futbolçularıdı"
  • Dünən, 21:11
    "Şamaxı"nın yay hazırlıq planı məlum oldu
  • Dünən, 20:59
    London klubunda gözlənilməz istefa
  • Dünən, 20:28
    Dünya çempionatını buraxacaq
Daha çox
Oxunub: 723
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 254
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 251
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 190
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 160
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə