“Çelsi” bütün turnirlərdə keçirdiyi son 10 oyunda yalnız bir qələbə qazanıb.
Football-plus.az xəbər verir ki, yalnız “Kristal Pelas”ı məğlub edən “zadəganlar” 4 heç-heçə edib, 5 oyunda uduzub.
Yeri gəlmişkən, sonuncu dəfə avqustun 31-də “Liverpul”a uduzan “Nyukasl” yenidən bu komanda ilə oyunda məğlubiyyətlə barışdı. Komanda bu müddətdə keçirdiyi 17 oyundan 9 qələbə, 8 heç-heçə ilə ayrılmışdı.
MY sonradan meydana çıxan futbolçuların vurduğu qol sayına görə liderdi. “Lester”lə oyunda Sanço bu mənada fərqləndi. Premyer-liqanın cari mövsümündə sonradan oyuna qoşulanlar MY üçün 9 qol vurub. “Liverpul” və “Brentford”da bu göstərici 5-ə, “Çelsi”, “Tottenhem”, “Lester” və “Arsenal”da 4-ə bərabərdi.