Bəs “Şamaxı” hadisələrin belə axarından razıdımı? Axı U-21 başqadı, əsas yığma – Abbasov ölkənin əsas komandasına yetərincə çox vaxt ayırmalı olacaq. Klubun idman direktoru Kamran İsmayılovun “Football-plus.az”a cavabı:
“Biz bu təyinatdan şərəf duyuruq. Bizim üçün xoş xəbərdi. Çətinliklər baş verir. Ayxan müəllimin özü üçün də çətindi. Buna qədər Ayxan müəllim U-21 millisinin baş məşqçisi idi. Məsələyə klub tərəfindən yanaşsaq, əvvəl necə U-21-in düşərgəsinə gedirdisə, indi də həmin tarixlərdə A milli komandaya yollanacaq. Müəyyən çətinliklər var, bunlar U-21-də olanda da var idi. Amma biz bunu başa düşürük, qəbul edirik. İnanıram ki, hər iki cəbhədə uğurlu olacaq”.
MÜZƏFFƏR QULUZADƏ





