"Azərbaycan xalqını sevindirməyə çalışacağıq" - Leandro Andrade

30.09.2025 15:27
Avrokuboklar / Manşet
"Qarabağ" sabah Çempionlar Liqasının 2-ci tur matçında "Kopenhagen"i qəbul edəcək.

"Football-plus.az" xəbər verir ki, "köhlən atlar"ın futbolçusu Leandro Andrade oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Hamımız üçün vacib oyundu. Azərbaycan xalqını sevindirməyə çalışacağıq. Yenidən bunu etmək şansımız var. Bu da bizi motivasiya edir ki, meydanda ən yaxşı oyunumuzu göstərək. Stadionumuz gözəldi.

- Sabahkı matçla bağlı proqnozun necədi?
- "Kopenhagen" əla komandadı. Bura Çempionlar Liqasıdı. Hər komanda güclüdü. Biz ən əlimizdən gələnin ən yaxşısını edəcəyik və maksimumumuzu meydanda verəcəyik. Oyuna maksimum dərəcədə köklənəcəyik.

- "Benfika" ilə matçdan əvvəl qol vuracağını hiss etdiyini demişdin. Sabah da qol vuracağını hiss edirsən?
- Mən oyuna daha çox köklənmişəm. Sabah necə olacağını görəcəyik. Birlikdə mübarizə aparacağıq. Çox maraqlı oyun olacaq. Ən yaxşısını edəcəyimizə inanıram.