“Football-plus.az” xəbər verir ki, matçdan öncə ağdamlıların çalışdırıcısı Qurban Qurbanov açıqlama verib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:
"Komanda istəklidi. Yaxşı oyun və nəticə ilə Bakıya qayıtmaq istəyirik. Bunun üçün var gücümüzü qoyacağıq. Meydan süni örtüklüdü, amma buna hazır olmalıyıq. Ən yaxşısını etməyə və azarkeşlərimizi sevindirməyə çalışacağıq".





