Rumıniyada qərar tutdu

18.09.2025 21:55 11
Dünya futbolu
Əlcəzair yığmasının sabiq futbolçusu İslam Slimaninin yeni klubu məlum olub.

37 yaşlı hücumçu ÇFR-ə keçib. Bu barədə Rumıniya klubunun mətbuat xidməti məlumat yayıb. Slimani ilə sözləşmənin müddəti 2026-cı ilin iyununa qədərdi.

Sonuncu klubu “Vesterlo” olan Slimani “Fənərbaxça”, “Monako”, “Lester”də də çıxış edib.