Sabiq PSJ-li Portuqaliyada qərar tutdu

14.02.2025 11:26 305
Dünya futbolu
Leven Kurzavanın yeni klubu məlum olub.

Fransa millisinin sabiq futbolçusu ötən ilin yayından klubsuz idi. 32 yaşlı müdafiəçi bundan sonra Portuqaliyada çıxış edəcək. Leven azad agent kimi “Boavişta”ya keçib. Klubun mətbuat xidmətinin məlumatında onunla bu ilin iyununa qədər müqavilə imzalandığı bildirilib.

2015-24-cü illərdə PSJ-də oynayan Kurzava “Monako” və “Fulhem”də də çıxış edib.