İslam Slimani uzun müddətdən sonra vətəninə qayıdıb.
Əlcəzairli futbolçu “Mexelen”i tərk edərək “Beluizdad”a dönüb. İslam 11 il əvvəl bu klubu tərk edərək Avropaya yollanmışdı. 36 yaşlı hücumçu sabiq lubu ilə 2 illik müqavilə imzalayıb.
Xatırladaq ki, Slimani Avropa karyerası ərzində “Sportinq” (Portuqaliya), “Lester”, “Nyukasl”, “Fənərbaxça”, “Monako”, “Lion”, “Brest” və “Anderlext”də, Braziliyada isə “Koritiba”da çıxış edib.
11 ildən sonra vətəninə qayıtdı
Dünya futbolu




