Holann avtobusda xəsarət aldı

12.09.2025 18:28 6
Dünya futbolu
Erlinq Holann arzuolunmaz vəziyyətə düşüb.

"Football-plus.az" xəbər verir ki, norveçli futbolçu xəsarət alıb.

Amma onun yaşıl meydanda zədələndiyini düşünməyin. “Mançester Siti”nin futbolçusu başına nəqliyyat vasitəsində bədbəxt hadisə gəlib.

Goal.com-un məlumatına görə, Norveç millisinin hücumçusu DÇ-2026-nın seçmə mərhələsinin Moldova ilə matçı ərəfəsində Oslodakı bir oteldə komandanın avtobusundan düşərkən xəsarət alıb. Futbolçular avtobusdan çıxıb otelə gedərkən qapı Erlinqin üzünə dəyib. 25 yaşlı futbolçu sosial şəbəkə hesablarında öz fotosunu paylaşıb və üzünə 3 tikiş qoyulduğunu bildirib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul