Karlos Teves qeyri-adi şəraitdə ciddi xəsarət alıb. “İndependyente”nin baş məşqçisi öz evində arzuolunmaz vəziyyətə düşüb.
"Football-plus.az" xəbər verir ki, Argentinanın “Ole” qəzetinin yaydığı xəbərə görə, o, hamamda yıxılıb və başından xəsarət alıb. Huşunu itirən 39 yaşlı sabiq futbolçunu xəstəxanaya qızı aparıb. Həkimlər gənc mütəxəssisin başına 10 tikiş vurmalı olublar. Tevesin beyin sarsıntısı keçirdiyi bildirilib. Müayinələrdən sonra evinə qayıdan məşqçiyə dincəlmək tövsiyə olunub.
Xatırladaq ki, Teves “İndependyente”nin baş məşqçi vəzifəsinə avqust ayında təyinat alıb. Argentina yığmasının sabiq hücumçusu daha əvvəl 2022-ci ilin iyun – noyabr aralığında “Rosario Sentral”ı çalışdırıb.