Çempionlar Liqasının “Srvena Zvezda” ilə oyununda 5:2 hesablı qələbə “Barselona”ya bir oyunçusunu itirmək bahasına başa gəlib. Pau Kubarsi ciddi zədə alıb.
İspaniya klubunun mətbuat xidmətinin yaydığı xəbərə görə, 17 yaşlı futbolçu üzündən xəsarət alıb. 65-ci dəqiqədə rəqibin futbolçusu top uğrunda mübarizə zamanı Kubarisinin üzünə təpiklə vurub. Bir andaca sifəti qana boyanan yeniyetmə futbolçu dərhal əvəzlənib. Xəstəxanaya aparılan Paunun üzünə 10 tikiş vurulub.
Sifətinə 10 tikiş vuruldu
Dünya futbolu




