Millimizin Çexiya ilə oyununun yeri və vaxtı

1.08.2025 22:28 27
Ölkə futbolu
21 yaşadək futbolçulardan ibarət millimizin Avropa çempionatının seçmə mərhələsində Çexiya ilə keçirəcəyi səfər oyununun yeri və başlama vaxtı müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, B qrupunun 3-cü turu çərçivəsində oktyabrın 10-da Karvina şəhər stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20.00-da başlanacaq.

Xatırladaq ki, U-21 seçmə mərhələnin ilk iki turu çərçivəsində sentyabrın 5-də Barselos şəhər stadionunda Portuqaliya yığması ilə, sentyabrın 9-da isə “Dalğa Arena”da Bolqarıstan seçməsi ilə qarşılaşacaq.