Millimiz Avropa kubokunun yarımfinalında

7.09.2025 15:41 10
İdman
Qadınlardan ibarət 3x3 basketbol millimiz Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa kubokunda yarımfinala vəsiqə qazanıb.

"Football-plus xəbər verir ki, yığmamız 1/4 final mərhələsində Polşa millisi ilə üz-üzə gəlib və rəqibini 16:13 hesabı ilə məğlub edib.

Qeyd edək ki, yığmamız daha əvvəl qrup mərhələsində Fransa (21:16) və Ukraynaya (21:14) qalib gəlib.